“Freya” ittifaqının təşkilatçılığı və Gürcüstan Qadınlar Fondunun
(Women's Fund in Georgia) maliyyə dəstəyi ilə Marneulidə 3-cü
seminarı baş tutacaq.
“Freya” ittifaqı Covid-19 pandemiyası zamanı Marneulidə
özünütəcriddə olan qadınlar üçün ailə zorakılığı risklərinin
azaldılması/aradan qaldırılması ilə bağlı seminarlar keçirir və
gender bərabərliyi, qadınların hüquqları mövzuları ətrafında
regionlarda yaşayan qadınları məlumatlandırır.
“Freya” ittifaqının Regional koordinatoru Şəlalə Əmircanova
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ilk seminar
regionda yaşayan qadınların zorakılığa məruz qalması mövzusu
haqqında olub. Seminarda iştirak edənlər Marneulili qadınlardan
ibarətdir.
İkinci seminarda isə bu günədək regionda yaşayan qadınlar üçün
“Safari” təşkilatının hüquqşünası Eliso Ruxadze tərəfindən ailə
zorakılığı mövzusunda danışılıb və regionun son vəziyyəti ilə
birlikdə statistika haqqında məlumat verilib.
3-cü seminar isə 5 iyun tarixində saat 18:00-da baş tutacaq.
Seminar zamanı “Qadınlara və ailə-məişət zorakılığına təsirli
cavab üçün 112-nin mobil proqramı” adlı vebinar keçiriləcək.
Vebinar İctimai Təhlükəsizliyin İdarəedilməsi Mərkəzi, 112-nin
Strateji Kommunikasiya meneceri Lika Aladaşvili tərəfindən təqdim
olunacaq. Vebinarda "112"-nin hazırladığı innovativ, müasir
texnoloji xidmət haqqında danışılacaq. Mobil proqram vətəndaşa və
"112" operatoruna ən qısa müddətdə əlaqə qurmağa və hadisənin
yerini dərhal müəyyən etməyə imkan verir.
Seminar gürcü dilində, lazım olduğu təqdirdə isə azərbaycan və
erməni dillərində keçirilir.
Seminarda iştirak etmək üçün, aşağıdakı linkə daxil olaraq
qeydiyyatdan keçə bilərsiniz.
https://docs.google.com/forms/d/e/1FAIpQLSeGMETeqLkOecg0IBmONCcIzXi6XGVADm1x_sVxWGCFGy-SYg/viewform