“Freya” ittifaqı ailədaxili zorakılıq mövzusunda Marneulidə 3-cü seminarını keçirəcək
“Freya” ittifaqının təşkilatçılığı və Gürcüstan Qadınlar Fondunun (Women's Fund in Georgia) maliyyə dəstəyi ilə Marneulidə 3-cü seminarı baş tutacaq.

“Freya” ittifaqı Covid-19 pandemiyası zamanı Marneulidə özünütəcriddə olan qadınlar üçün ailə zorakılığı risklərinin azaldılması/aradan qaldırılması ilə bağlı seminarlar keçirir və gender bərabərliyi, qadınların hüquqları mövzuları ətrafında regionlarda yaşayan qadınları məlumatlandırır.

“Freya” ittifaqının Regional koordinatoru Şəlalə Əmircanova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ilk seminar regionda yaşayan qadınların zorakılığa məruz qalması mövzusu haqqında olub. Seminarda iştirak edənlər Marneulili qadınlardan ibarətdir.

İkinci seminarda isə bu günədək regionda yaşayan qadınlar üçün “Safari” təşkilatının hüquqşünası Eliso Ruxadze tərəfindən ailə zorakılığı mövzusunda danışılıb və regionun son vəziyyəti ilə birlikdə statistika haqqında məlumat verilib.

3-cü seminar isə 5 iyun tarixində saat 18:00-da baş tutacaq. Seminar zamanı “Qadınlara və ailə-məişət zorakılığına təsirli cavab üçün 112-nin mobil proqramı” adlı vebinar keçiriləcək. Vebinar İctimai Təhlükəsizliyin İdarəedilməsi Mərkəzi, 112-nin Strateji Kommunikasiya meneceri Lika Aladaşvili tərəfindən təqdim olunacaq. Vebinarda "112"-nin hazırladığı innovativ, müasir texnoloji xidmət haqqında danışılacaq. Mobil proqram vətəndaşa və "112" operatoruna ən qısa müddətdə əlaqə qurmağa və hadisənin yerini dərhal müəyyən etməyə imkan verir.

Seminar gürcü dilində, lazım olduğu təqdirdə isə azərbaycan və erməni dillərində keçirilir.

Seminarda iştirak etmək üçün, aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.

https://docs.google.com/forms/d/e/1FAIpQLSeGMETeqLkOecg0IBmONCcIzXi6XGVADm1x_sVxWGCFGy-SYg/viewform
"Marneuli" Radiosu
Print