“Mareti klasterindən koronavirus hələ yayılmayıb” – Zaur Darğallı
Marneuli bələdiyyəsinin Mareti kəndində 2 iyun tarixində aparılmış 40 testdən hamısı mənfidir. Bu barədə məlumatı Marneuli meri Zaur Darğallı verib. Onun Maretidəki epidemioloji vəziyyətlə bağlı müsahibəsini meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsi verib. Zaur Darğallı Nəriman Nərimanovun heykəlinin bərpası müzakirə mövzusuna çevrildikdən sonra belə ünsiyyət formaşı seçib.

“Yaxın təmasları müayinə etdik. Əməkdaşlar və.s. Deyə bilərik ki, qeyd olunan klasterdən hələ ki, virus yayılmayıb. Ancaq proses davam edir. Qeyd olunan təmaslar özünütəcriddədir və bizim epidemioloqlar prosesə fəal qoşulub”, – Zaur Darğallı deyir.

Marneuli bələdiyyəsinin Mareti kəndində beş nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlar hamısı bir ailənin üzvləridir. 1 iyun tarixində koronavirus ailənin üç, 2 iyun tarixində isə daha iki üzvündə təsdiqlənib.

Print Email
FaceBook Twitter Google