TV Pirvelinin məlumatına görə, Marneuli meri Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb
TV Pirvelinin məlumatına görə, Marneuli meri Zaur Darğallı 2 iyun
tarixində Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb. Məsələnin
təfərrüatları məlum deyil.
Zaur Darğallı müsahibə verməkdən imtina edir. Həmin kanalın
jurnalistinin məlumatına görə, Zaur Darğallıdan əlavə bir neçə
Marneulilinin DTX-nə çağırılmaşı planlaşdırılır.
Qeyd edək ki, 30 may tarixində DTX-nın yeni istintaqa başlaması
haqda məlumat yayılıb.
Qurumun bildirdiyinə görə, Gürcüstanda bəzi qruplar və bəzi
vətəndaşlar var ki, Kvemo Kartli və Kaxeti regionlarında etnik
gürcülər və azərbaycanlılar arasında nifaq yaratmağa cəhd
edirlər.
“İşğala qarşı hərəkat – güc birlikdədir”-in təsisçisi Davit Kardava
artıq DTX tərəfindən dindirilib. Onun bildirdiyinə görə iş Davit
Qareci məsələsi ilə bağlı olub.