TV Pirvelinin məlumatına görə, Marneuli meri Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb
TV Pirvelinin məlumatına görə, Marneuli meri Zaur Darğallı 2 iyun tarixində Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb. Məsələnin təfərrüatları məlum deyil. Zaur Darğallı müsahibə verməkdən imtina edir. Həmin kanalın jurnalistinin məlumatına görə, Zaur Darğallıdan əlavə bir neçə Marneulilinin DTX-nə çağırılmaşı planlaşdırılır.

Qeyd edək ki, 30 may tarixində DTX-nın yeni istintaqa başlaması haqda məlumat yayılıb.

Qurumun bildirdiyinə görə, Gürcüstanda bəzi qruplar və bəzi vətəndaşlar var ki, Kvemo Kartli və Kaxeti regionlarında etnik gürcülər və azərbaycanlılar arasında nifaq yaratmağa cəhd edirlər.

“İşğala qarşı hərəkat – güc birlikdədir”-in təsisçisi Davit Kardava artıq DTX tərəfindən dindirilib. Onun bildirdiyinə görə iş Davit Qareci məsələsi ilə bağlı olub.
Print