4 iyun tarixində Marneulinin “Geo Hospitals” klinikasından Luqar
laboratoriyasına göndərilmiş analizlərin cavabı məlum olub.
Xəstəxananın kliniki direktoru Tata Şenqelaia “Marneuli” radiosuna
bildirib ki, klinikadan Luqar laboratoriyasına altı nəfərin analizi
göndərilib.
“Altı analizin cavabı gəlib. Onların hamısı
Marneulidəndir. Bu gün klinikaya koronavirus əlamətləri ilə xəstə
gətirilməyib”, – Tata Şenqelia bildirib.
31 gün ərzində yalnız bir yoluxma halı qeydə alınıb. 31 mayda
“Sadaxlı” sərhəd buraxılış məntqəsindən gələn yük maşını
sürücüsündə virus aşkarlanmışdı.
Marneuli bələdiyyəsi 56 gün bağlı qaldıqdan sonra 18 may tarixində
açılıb.