Marneulinin “Geo Hospitals” klinikasında covid-19-la bağlı götürülmüş altı analizin cavabı məlumdur

4 iyun tarixində Marneulinin “Geo Hospitals” klinikasından Luqar laboratoriyasına göndərilmiş analizlərin cavabı məlum olub.



Xəstəxananın kliniki direktoru Tata Şenqelaia “Marneuli” radiosuna bildirib ki, klinikadan Luqar laboratoriyasına altı nəfərin analizi göndərilib.

“Altı analizin cavabı gəlib. Onların hamısı Marneulidəndir. Bu gün klinikaya koronavirus əlamətləri ilə xəstə gətirilməyib”, – Tata Şenqelia bildirib.

31 gün ərzində yalnız bir yoluxma halı qeydə alınıb. 31 mayda “Sadaxlı” sərhəd buraxılış məntqəsindən gələn yük maşını sürücüsündə virus aşkarlanmışdı.
Marneuli bələdiyyəsi 56 gün bağlı qaldıqdan sonra 18 may tarixində açılıb.

"Marneuli" Radiosu

 

Print