Azərbaycanın Sərhəd Xidmətinin bəyanatına görə, Davit Qareci ərazisində təxribat işləri planlaşdırılır
“Gürcüstan-Azərbaycan sərhədində təxribat planlaşdırılır” – bu haqda Azərbaycan mediası Azərbaycan dövlət sərhəd xidmətinə istinadən məlumatı yayımlayıb.

“4 iyun tarixində Gürcüstan vətəndaşları tərəfindən Gürcüstan ərazisində sərhədi qanunsuz keçməyi nəzərdə tutan təxribat işləri planlaşdırılır”– Haqqin.az Azərbaycan Sərhəd Xidmətinə istinadən yazır.

Nəşriyyatın yazdığına görə, Azərbaycan sərhəd xidməti artıq gürcü həmkarlarına bu haqda məlumat veriblər.

Azərbaycan sərhəd xidməti rəsmi bəyanatında deyir ki, dövlət sərhəddinə aid olan hər hansı təxribat təcili sürətdə dayandırılacaq və bunun məsuliyyəti təxribat törədən təşkilatların üzərinə qoyulacaq.

Qurumun məlumatına görə, təxribat Davit Qareci ərazisində pılanlaşdırılır.

"Marneuli" Radiosu

Foto: Tabula.ge
Print