Xəbərlər
Majoritarlığa namizədin kim olacağına Bidzina İvanişvili qərar verəcək – Ruslan Hacıyev
Marneulinin majoritar deputatı Ruslan Hacıyev Parlament seçkilərində majoritar dairədən namizədliyini irəli sürüb-sürməyəcəyi haqda danışdı.

Onun sözlərinə görə, namizədin kim olacağı ilə bağlı seçim partiya liderinə məxsusdur. Deputat bu barədə heç bir məlumatının olmadığını bildirdi.

“Partiyada müzakirələr gedir. Cənab Bidzina tərəfindən qərar verilir. Partiya rəhbərinin qərarıdır və iyulun sonunda namizədin kimliyi elan olunacaq. Mareulidən majoritarlığa namizədin kimliyini partiya rəhbəri təyin edəcək.”

2020-ci ilin Parlament seçkiləri yenidən qarışıq qaydada keçiriləcək, amma majoritar və proporsional deputatların sayı dəyişəcək.

120/30 – müxalifət və iqtidar partiyalarının razılaşmasına görə proporsional və majoritar qaydada seçiləcək deputatların sayı belə bölünüb.

Gürcüstan Parlamenti Konstitusiyaya seçki sistemi ilə bağlı edilən dəyişiklikləri 21 iyun tarixində 136 lehinə, 5 əleyhinə səslə birinci oxunuşda dəstəkləyib.
2016-cı ildə keçirilmiş Parlament seçkiləri zamanı Marneuli iki majoritar dairəyə bölünmüşdü. Yeni sistemə görə isə Marneulidə yalnız bir majoritar dairə olacaq.


FaceBook Twitter Google