Gürcüstan hökumətinin qərarı ilə bu il “Rtveli”nin (üzüm yığımı)
subsidiyalaşdırılması yenə həyata keçiriləcək və “Rkatsiteli” və
“Kaxuri mtsvane” üzüm növünün minimal qiyməti 80 tetri olacaq.
Bu barədə Baş nazir Qiorqi Qaxaria hökumətin bugünkü iclasında
bildirib.
Onun sözlərinə görə, artıq büdcə ayrılıb və Kənd Təsərrüfatı
Nazirliyinə tapşırıq verilib. Qaxarianın sözlərinə görə, lazım olan
halda alqı-satıya dövlət də müdaxilə edəcək.
“Hamı bilir ki, hökumətin böhrana qarşı planının
məqsədlərindən biri kənd, fermer və gürcü kəndlisi idi. Gürcü
kəndlisinin gücləndirilməsi üçün hər şey etdik... Hamı son illərdə
üzümçülüyün və şərabçılığın inkişaf etdiyini görür. 2019-cu il
rekord ili idi. Gürcüstandan 94 milyon şüşə şərab ixrac edildi.
Daxili istifadə də artırdı. Ümumiyyətlə 2012-ci ildə şərabçılıq
gürcü ixracatında 2,5% idi, bu gün isə 6%-dir. Bu olduqca ciddi
inkişaf dinamikasıdır. Hökumət qərar qəbul edib və
“Rtveli”nin, gürcü üzümünün, xüsusilə də “Rkatsiteli” və “Kaxuri
mtsvane” növlərinin subsidiyalaşdıdırlması həyata keçiriləcək.
Minimal qiymət 80 tetri olacaq”, — Qiorqi Qaxaria
bildirib.