Xəbərlər
Meriya Tamarisidə cüdo zalının tikintisinin tamamlanması üçün 408 452 lari dəyərində tender elan edib

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 2020-ci ilin 8 iyulunda Tamarisi kəndində cüdo zalının tikintisinin qalan işlərinin həyata keçirilməsi üçün 408 452 lari dəyərində tender elan edib.



Meriya Marneuli bələdiyyəsinin Tamarisi kəndində cüdo zalının tikinti işləri üçün 2019-cu ilin 29 yanvar tarixində də tender elan etmişdi. O zaman tenderdə “Anana” MMC qalib gəlmişdi və Marneulinin idman zalının tikintisini 777 777 lariyə həyata keçirməyi təklif etmişdi.

Merin müavini Zaur Tabatadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, yeni tenderin elan olunması “Anana” MMC ilə müqavilənin dayandırılmasına görə lazım olub.

“İşləri həyata keçirən şirkət obyektin tikintisini tamamlaya bilmədi və problemlər yarandı. Aydındır ki, cərimə sanksiyaları təyin olunurdu, bir neçə dəfə vaxt uzadıldı, amma işlər yenə də bitmədi. Yekunda şirkətlə müqaviləni dayandırdıq. Nəzarətçi təşkilat həyata keçirilən və keçirilməyən işlər arasında fərqi yenidən qiymətləndirdi və həyata keçirilməli olan işlərlə bağlı tender elan olundu. Qalib gələcək yeni şirkəti gözləyirik ki, işləri davam etdirsin”,
– Zaur Tabatadze dedi.

Zaur Tabatadzenin açıqlamasına görə, Marneuli meriyası “Anana” şirkətinin qara siyahıya daxil edilməsi üçün artıq müvafiq orqana sənədləri göndərib.
İndiki mərhələdə Tamarisidə cüdo zalının yalnız “qara karkası” tikilib. Binanın hələ də dam örtüyü yoxdur.

Marneuli meriyası tərəfindən elan olunmuş tenderdə qalib gələn şirkət müqavilə bağlandıqdan tender təklifi ilə müəyyən edilmiş işləri 105 gün ərzində həyata keçirməlidir.



 

FaceBook Twitter Google
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla