Koronavirus Marneuli gənclər siyasəti sənədinin yerinə yetirilməsinə mane olub
Marneuli bələdiyyəsi gənclər siyasəti sənədini 2019-cu ilin 24 dekabrında qəbul edib. Gənclər siyasətinin sənədi yerli gənclərin ehtiyaclarının araşdırmasına əsaslanır. Sənədə əsasən beş strateji məqsəd müəyyən edilib.

Gənclərin iştirakı, gənclərin sağlamlığı və sağlam həyat tərzinin yaradılması, gənclər üçün bərabər imkanların yaradılması, gənclərin işinə və gənclərin işlə təmin olunmasına dəstək – bunlar gənclər siyasəti sənədi ilə müəyyən edilmiş beş strateji məqsəddir.

Marneuli meriyasının Təhsil, Mədəniyyət, idman və Gənclərin işi şöbəsinin gənclərin işi üzrə mütəxəssisi Marika Tkeşelaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, gənclər siyasəti sənədi dörd il müddətinə qəbul olunub, amma sənəddə dəyişiklik etmək mümkündür.

“Gənclər siyasəti sənədi uzunmüddətli layihələrdən, eləcə də beş strateji məqsədə çatmaq üçün birdəfəlik tədbirlərdən ibarətdir. Mart ayında gənclər şurasında seçkilərin keçirilməsi planlaşdırılırdı. Hər icmadan bir fəal gənc təqdim olunacaqdı. O, yerli gənclərlə özünüidarə arasında səmərəli əməkdaşlıq mexanizmi olacaqdı”, – Marika Tkeşelaşvili dedi

Tkeşelaşvilinin bildirdiyinə görə, gənclər şurasının yaradılmasına koronavirus pandemiyası mane olub. Məhz həmin səbəbə görə meriyada gənclərin ideya müsabiqəsinin başlaması da təxirə salınıb. Müsabiqəyə əsasən gənclər müxtəlif layihələrlə bağlı maliyyələşdirmə əldə edəcəkdilər.

“Tələbələrin nəqliyyat xərcinin maliyyələşdirilməsi sentyabrdan davam edəcək proqramlardan biridir. Bildiyimiz kimi indi universitetlərdə təhsil dayandırılıb. Təəssüf ki, tələbələr mühazirələrə getmədiyinə görə yaz dövründə proqramın həyata keçirilməsi alınmadı. Biz artıq qeyd olunan maddi yardımı ala biləcək tələbələrdən 100-ə yaxın ərizə qəbul etmişik”, – Marika Tkeşelaşvili dedi.

Marika Tkeşelaşvilinin bildirdiyinə görə, Marneuli meriyasında tələbələrin təcrübə proqramı da qüvvədədir. Proqrama əsasən tələbələr istədikləri ixtisas üzrə təcrübə keçə bilələr. Tələbələrin həvəsləndirilməsi üçün “fəal tələbə” mükafatı da təsis olunub və hər il yeni il tədbirində keçiriləcək.



Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər