Xəbərlər
Yepiskop Qiorqi Marneuli Bələdiyyə Məclisinin sədrini Nərimanovun heykəli məsələsi ilə bağlı qanunu pozmaqda ittiham edir
Marneuli və Hucabinin yepiskopu Qiorqi (Camdeliani) Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzeni qanunu pozmaqda ittiham edir.

Yepiskopun bildirdiyinə görə, Nəriman Nərimanovun abidəsi məsələsi ilə bağlı təşəbbüs qrupu yaradılıb və qrup Marneuli Bələdiyyə Məclisinə Nərimanovun abidəsi məsələsi ilə bağlı müraciət edib. Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze isə məsələnin müzakirəsindən imtina edib.

“Birbaşa desək, Bələdiyyə Məclisinin sədri bu məsələni gündəliyə çıxarmaqdan imtina edir. Bununla da mer kimi o, da qanunu pozur. Faktiki olaraq bizə başqa yol qoymurlar ki, Konstitusiya ilə verilən hüquqdan istifadə edək. Amma bu mübarizəni mütləq sona çatdıracağıq, bunu hamı bilsin. Məni heç nə dayandıra bilməz”, – Yepiskop Qiorqi dedi.

Marneuli və Hucabinin yepiskopunun bildirdiyinə görə, Marneuli Bələdiyyə Məclisinin sədrinə sənədlər verib və həmin sənədlərə əsasən müəyyən olur ki, Qaraya və Qareci otlaqlarının Azərbaycana məxsus olması sənədində Nəriman Nərimanovun imzası var.

“Çox təəssüf ki, özünüidarə öz vəzifəsini yerinə yetirmədi və bizim ictimaiyyət tərəfindən göstərilən etimad mandatından dövlətə qarşı istifadə edirlər. Bu gün baş verənlər dövlətçiliyə qəsddir”, – Qiorqi dedi.

Marneuli Bələdiyyə Məclisinin sədri “Marneuli” radiosunun zənglərinə cavab vermir. Bələdiyyə Məclisinin İctimaiyyət, Mətbuat və QHT sektoru ilə əlaqələr və gender şöbəsinin rəhbəri İa Esabua bizimlə söhbəti zamanı bildirdi ki, Nərimanovun abidəsi məsələsi Bələdiyyə Məclisinə daxil olub. İndiki mərhələdə məsələni Bələdiyyə Məclisinin İnfrastruktur Komissiyası müzakirə edir və müvafiq olaraq məsələ Bələdiyyə Məclisinin iclasında hələ müzakirə oluna bilməzdi.

Marneulidə Nəriman Nərimanovun abidəsi məsələsinin müzakirəsi 24 may tarixində yepiskop Qiorqinin (Camdeliani) həftəlik ayin zamanı verdiyi bəyanatdan sonra başladı. O zaman Marneuli və Hucabinin yepiskopu Nərimanovun abidəsinin bərpasına görə Marneuli meri Zaur Darğallını qanunu pozmaqda ittiham etmişdi.

Marneuli və Hucabinin yepiskopu həmçinin, bildirmişdi ki, Nərimanovun abidəsinin bərpası işləri üçün vəsait Marneuli bələdiyyəsinin büdcəsindən xərclənməyib və Marneuli meri abidəni öz vəsaiti ilə təmir etdirib. Marneuli meriyasından Nərimanovun heykəlinin bərpasına pulun haradan ayrıldığı ilə bağlı “Marneuli” radiosunun rəsmi məktubuna hələ də cavab gəlməyib.

Marneulidə abidələrə qulluq göstərmək bələdiyyənin təmizlik xidmətinin öhdəliyindədir. “Təmiz Marneulinin” direktoru Leri Mumladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Nərimanovun heykəlinin bərpasına 7000 lari xərclənib. Onun sözlərinə görə, şirkət abidələrə qulluq üçün büdcə ayırıb və Nərimanovun abidəsinin bərpası da merin sərəncamı əsasında məhz həmin məbləğlə həyata keçirilib.



FaceBook Twitter Google
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla