Xəbərlər
Marneulidə tikinti zamanı fəhlənin yıxıldığı korpusda həyat üçün təhlükəli pozuntular aşkarlanıb
8 iyun tarixində Marneulidə tikilən korpusların birindən 51 yaşlı fəhlə yıxılaraq yerindəcə dünyasını dəyişmişdi.
Bugünkü vəziyyətə görə Rustaveli 24 ünvanında tikilən korpusda tikinti işləri dayandırılıb.

Müfəttişlik İdarəsinin sədri Maia Mikaia “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, müfəttişlər obyektdə bədbəxt hadisə ilə bağlı araşdırma aparıblar.

“Obyektə gedən zaman pozuntular qeydə alıblar. Həmin pozuntular ciddi uyğunsuzluq kimi qiymətləndirilib və müvafiq olaraq obyektdə işlərin dayandırılmasına qərar verilib. Müxtəlif növ pozuntular, tikinti sahəsində qüvvədə olan texniki reqlamentin pozulması halları qeydə alınıb. Həmin pozuntular insan həyatı və sağlamlığına təhlükə yaradırdı və ciddi uyğunsuzluq kimi hesab olundu. İşlərin dayandırılması ilə bağlı qərar qəbul etdik”,
– Maia Mikaia bildirdi.

Müfəttişlik Xidmətinin rəhbərinin bildirdiyinə görə, işlərin dayandırılması obyektin sahibi qeyd olunan səhvləri düzəldənə qədər davam edəcək.

Daxil İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsinin ikinci hissəsi ilə istintaqa başlayıb. Həmin maddə tikinti zamanı təhlükəsizlik qaydasının insan həyatının itirilməsinə səbəb olan pozulmasını nəzərdə tutur.




FaceBook Twitter Google
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla