Xəbərlər
Marneulidə yağışlı hava zamanı bəzi bələdiyyə nəqliyyatında da yağış yağır

Marneulidə bir neçə gündür ki, yağış yağır.


Əhali bələdiyyə nəqliyyatına minən zaman islanmış oturacaqlarda əyləşməli olur. Əksər hallarda yağış pəncərələrdən içəri yağır, yaxud xarab olmuş döşəmədən su çıxır. Yerlilər bildirir ki, avtobuslarda da bayırdakı kimi yağış yağır.


Elə sakinlər də var ki, yağışlı havada bələdiyyə nəqliyyatından istifadə zaman onlara problem yaranmır.

Biz Marneulinin bələdiyyə nəqliyyatı xidməti “Avtopark” MMC-nin direktoru Qiqa Calağonia ilə söhbət etdik. O, bildirdi ki, avtobusların əksəriyyəti köhnəlib və yenilənməlidir.

“Yuxarıdan su daman avtobusumuz yoxdur. Aşağıdan yəqin ki, ola bilər. Çünki xarab olub və su çıxır. Dörd-beş avtobus var ki, təcili surətdə yenilənməyə ehtiyac var. Belə köhnə avtobusların hamısı yenilənməlidir”, – Qiqa Calağonia dedi.

Marneuli meriyası beş yeni avtobusun alınması ilə bağlı “GT Group”-la artıq müqavilə bağlayıb. Avtobusların alınması üçün cari ilin yerli büdcəsindən 1 311 000 lari ayrılıb. İSUZU markalı 5 yeni avtobus Marneuliyə sentyabrda gətirilməlidir. Onların hamısı güman ki, Marneuli şəhərində hərəkət edəcək.


 

FaceBook Twitter Google
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla