Xəbərlər
Kvemo Kartli polisi fövqəladə vəziyyəti pozduğu halda Marneulili kişinin cəriməsini ləğv etdi

52 yaşlı Qurban Qurbanov polislər tərəfindən fövqəladə vəziyyəti pozduğuna görə 3000 lari cərimələnmişdi və o, cəriməni ödəməli olmayacaq.



Qurban Qurbanov 18 aprel tarixində Marneuli bələdiyyəsinin Algeti kəndində cərimələnib. Polislər onu fövqəladə vəziyyət rejimini pozmaqda, konkret olaraq ictimai məkanda hərəkət etmək qaydasını pozmaqda ittiham ediblər.

“Mən buraya çörək almağa gəlmişəm. Çörək almağa icazə yoxdur? Polis mənə deyir çörəyi niyə əlində tutursan. Deyirəm növbədə dururam. Gözldiyim müddətdə adamlar səs-küy saldı ki, polis gəlir qaçın. Mən də qaçırdım və bu zaman tutdular. Dedilər dayan mən dayanmadım. Qaçmağa davam edirdim və məni təqib edirdilər. Hündür boylu kişi idi. Gəlib boynumdan tutdu. Elə bil adam öldürmüşdüm. Məni maşının yanına sürüklədilər”,
– Qurban Qurbanov 21 aprel tarixində demişdi.

Qurbanova İnsan Hüquqlarının Araşdırması və Monitorinq Mərkəzi “EMC” hüquqi yardım göstərib. Təşkilatın bildirdiyinə görə, hüquq pozuntusu protokolunu Kvemo Kartli Polis Departamentinə şikayət ediblər. Müvafiq sübutlar təqdim olunduqdan sonra isə Qurban Qurbanova qarşı tərtib olunan hüquq pozuntusu protokolu batil hesab olunub.

“Polis Departamentinin açıqlamasına görə, qeyd olunan işdə polis əməkdaşları Q.Q-nın həqiqətən də fövqəladə vəziyyət rejimini pozmasını sübut edə bilməyiblər”,–
EMC-nin bəyanatında yazılıb.

EMC-nin hüquqşünası Keti Çutlaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, İnsan Hüquqlarının Araşdırması və Monitorinq Mərkəzi fövqəladə vəziyyətin pozulmasına görə, cərimələnmiş daha beş nəfərə hüquqi yardım göstərir. Onlardan biri Marneulili, dördü isə Dmanisilidir. Kvemo Kartli Polis Departamenti daha bir Marneulinin işinə bəraət qazandırmayıb və indi iş məhkəməyə göndərilib. Kvemo Kartli Polis Departamenti dörd nəfər Dmanisilinin işi ilə bağlı hələ qərar qəbul etməyib.

Dövlət tərəfindən elan edilmiş fövqəladə rejim qaydalarının pozulması fiziki şəxslər üçün 3000 lari, hüquqi şəxslər üçün 15 000 lari cəriməni nəzərdə tutur. Əgər vətəndaş fövqəladə rejim qaydalarını təkrar pozarsa o zaman cinayət məsuliyyətinə cəlb olunur.

 

FaceBook Twitter Google
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla