Zibil atmağa görə ikiqat və üçqat cərimə yazılacaq.
Parlament Tullantıların İdarəolunması Məcəlləsində dəyişiklik edib.
Dəyişiklik zibil atmağa görə cərimələrin artırılmasını nəzərdə
tutur. Demək olar ki, Marneulinin bütün küçələrində zibil
qutusundan kənara atılmış zibil görə bilərsiniz. Müxtəlif qida
obyektləri və ticarət yerlərində vəziyyət daha da ağırdır.
Marneulidə əhalinin bir qismi düşünür ki, cərimə sanksiyalarının
tətbiqi mütləqdir. Ancaq bunlar hamısı insanların öz anlayışına
bağlıdır.
“İnsanlarda anlayış yoxdursa, cərimə nəyə kömək
edəcək?”
“Çox yaxşı qanundur. Bəlkə təmizlik olar. Şəhər də
təmiz olar, əhali də rahat hərəkət edər. Zibil atmağa görə əhali
bundan ikiqat artıq cərimələnməlidir. Küçəyə zibil atan adamları
çox görmüşəm və xəbərdarlıq da etmişəm”, – Xixani
skaini Meri Qorqiladze deyir.
Evdən və ya başqa binadan 2 kiloqramdan artıq zibil atılmasına görə
bundan sonra 100 lari əvəzinə 200 lari cərimə yazılacaq.
“Cərimə sanksiyaları olmalıdır. Ancaq çox da yüksək
olmalı deyil. Hüquqi şəxsə, yaxud maşından zibil atmağa görə fərqli
cərimə ola bilər, amma vətəndaş küçəyə nə isə atanda üç laridən on
lariyə qədər cərimə olmalıdır. Belə olarsa, həm ödəyəcək, həm də
təkrar etməyəcək. Anlayışın da böyük əhəmiyyəti var, hamı bunu başa
düşmür və ona görə də cərimə vacibdir. Bilsə ki, cərimələnəcək, bir
iki addım atıb zibil qutusunun yanına gedər, zibili oraya
atar”, – Murtaz Malazoniya dedi.
Əgər 2 kiloqramdan az tullantını özəl maşından atsanız, sürücü
cərimələnəcək, əgər ictimai nəqliyyatdan atsanız, siz
cərimələnəcəksiniz. Hər iki halda cərimə 120 lari idi və bundan
sonra 250 lari olacaq. İki kiloqram, yaxud daha artıq tullantı ilə
ətraf mühitin çirkləndirilməsinə görə fiziki şəxslər 150 lari
əvəzinə 500 lari, hüquqi şəxslər isə 1000 lari əvəzində 1500 lari
cərimələnəcək. Tikinti və başqa tullantıların atılmasına görə
cərimələr də artıb.
Qanunda deyilir ki, tullantılar xüsusi təyinatlı qutulara
atılmalıdır. Ancaq qeyd olunan məsuliyyət tullantıların bu qaydada
toplanması və daşınması sisteminin qüvvədə olmadığı ərazilərdə
qüvvədə deyil.