Vətəndaşlar zibili küçəyə atdıqlarına görə ikiqat yaxud üçqat cərimələnəcəklər

Zibil atmağa görə ikiqat və üçqat cərimə yazılacaq.


Parlament Tullantıların İdarəolunması Məcəlləsində dəyişiklik edib. Dəyişiklik zibil atmağa görə cərimələrin artırılmasını nəzərdə tutur. Demək olar ki, Marneulinin bütün küçələrində zibil qutusundan kənara atılmış zibil görə bilərsiniz. Müxtəlif qida obyektləri və ticarət yerlərində vəziyyət daha da ağırdır. Marneulidə əhalinin bir qismi düşünür ki, cərimə sanksiyalarının tətbiqi mütləqdir. Ancaq bunlar hamısı insanların öz anlayışına bağlıdır.

“İnsanlarda anlayış yoxdursa, cərimə nəyə kömək edəcək?”

“Çox yaxşı qanundur. Bəlkə təmizlik olar. Şəhər də təmiz olar, əhali də rahat hərəkət edər. Zibil atmağa görə əhali bundan ikiqat artıq cərimələnməlidir. Küçəyə zibil atan adamları çox görmüşəm və xəbərdarlıq da etmişəm”, – Xixani skaini Meri Qorqiladze deyir.


Evdən və ya başqa binadan 2 kiloqramdan artıq zibil atılmasına görə bundan sonra 100 lari əvəzinə 200 lari cərimə yazılacaq.

“Cərimə sanksiyaları olmalıdır. Ancaq çox da yüksək olmalı deyil. Hüquqi şəxsə, yaxud maşından zibil atmağa görə fərqli cərimə ola bilər, amma vətəndaş küçəyə nə isə atanda üç laridən on lariyə qədər cərimə olmalıdır. Belə olarsa, həm ödəyəcək, həm də təkrar etməyəcək. Anlayışın da böyük əhəmiyyəti var, hamı bunu başa düşmür və ona görə də cərimə vacibdir. Bilsə ki, cərimələnəcək, bir iki addım atıb zibil qutusunun yanına gedər, zibili oraya atar”, – Murtaz Malazoniya dedi.

Əgər 2 kiloqramdan az tullantını özəl maşından atsanız, sürücü cərimələnəcək, əgər ictimai nəqliyyatdan atsanız, siz cərimələnəcəksiniz. Hər iki halda cərimə 120 lari idi və bundan sonra 250 lari olacaq. İki kiloqram, yaxud daha artıq tullantı ilə ətraf mühitin çirkləndirilməsinə görə fiziki şəxslər 150 lari əvəzinə 500 lari, hüquqi şəxslər isə 1000 lari əvəzində 1500 lari cərimələnəcək. Tikinti və başqa tullantıların atılmasına görə cərimələr də artıb.

Qanunda deyilir ki, tullantılar xüsusi təyinatlı qutulara atılmalıdır. Ancaq qeyd olunan məsuliyyət tullantıların bu qaydada toplanması və daşınması sisteminin qüvvədə olmadığı ərazilərdə qüvvədə deyil.
"Marneuli" Radiosu

 

Print