Marneuli bələdiyyəsinin Nəzarət Xidməti təxminən yeddi ay ərzində 56 tikintidə qanun pozuntusu faktı aşkarlayıb

Marneuli bələdiyyəsinin Nəzarət Xidməti təxminən yeddi ay ərzində 56 tikintidə qanun pozuntusu faktı aşkarlayıb.


Bununla bağlı məlumatı rəsmi məktub vasitəsilə aldıq. Məktubda yazıldığına görə, cari ilin 1 yanvarından bu günə qədər inzibati qayda pozuntuları və tikintidə qayda pozuntuları ilə bağlı 19 icazəsiz tikinti, 37 icazə şərtlərini pozma faktı qeydə alınıb. Ümumilikdə cərimə məbləği 56800 lari təşkil edib.

Göndərdiyimiz məktubda hər cərimənin miqdarının nə qədər olduğu barədə məlumat tələb edirdik. Ancaq meriya Göndərdiyi cavabda natamam məlumat verib.

 

Print Email
FaceBook Twitter Google