Marneulidə təbii fəlakət nəticəsində zərər çəkən vətəndaşlara yardım göstəriləcək – Marneuli meri
16 iyul tarixində səhər saat 05:00 radələrində Marneulidə Vaja Pşavela və Ağmaşenebeli küçələrini su basıb. Yerli sakinlərin bildirdiyinə görə, Yağlıcadan gələn sel onların evinə dolub. Təbii fəlakət nəticəsində yaşayış evlərinin birinci mərtəbəsinə su dolub, kənd təsərrüfatı məhsulları məhv olub və əhalinin bir qisminin ev quşları ölüb.

Marneuli meri Zaur Darğallı və meriya nümayəndələri təbii fəlakətdən zərərçəkmiş ailələri 16 iyul tarixində səhər saatlarında ziyarət edib. Müvafiq tədbirlərin görülməsi üçün xüsusi komissiya yaradılıb. Zaur Darğallı “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, təbii fəlakətdən zərər çəkmiş ailələrə meriya tərəfindən kompensasiya ödəniləcək.

Zaur Darğallı onu da əlavə etdi ki, hal-hazırda təbii fəlakət nəticəsində vətəndaşlara nə qədər zərər dəydi məlum deyil. Xüsusi komissiya zərəri hesablayandan sonra vətəndaşlara dəyən zərər məlum olacaq və ondan sonra vətəndaşlara yardım göstəriləcək.



Print Email
FaceBook Twitter Google