Marneulidə yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, bir nəfər isə yaralanıb
Marneulidə yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Bu gün, 18 iyul tarixində səhər saatlarında Şulaveri kəndi yaxınlığında yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, bir nəfər isə ağır yaralanıb.

Məlumata görə, qəzaya səbəb sürücünün yüksək sürətlə avtomobili idarə etməsi olub.

"Marneuli" radiosuna verilən məlumata görə, həyatını itirən şəxs müğənni İbrahim Borçalının oğlu olduğu deyilir. O, hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan digər şəxs isə xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumatda o da bildirilir ki, hər iki gənc Aşağı Saral kənd sakinləri olub.

Qəza zamanı hadisə yerinə polis səfərbər olunub.

Print Email
FaceBook Twitter Google