Tbilisidə Azərbaycana dəstək aksiyası keçirildi – Fotoreportaj
Bu gün, 18 iyul tarixində paytaxt Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binası önündə Azərbaycana və Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.

Aksiyaya son günlər Azərbaycan-Ermənistan arasında Tovuz rayonu istiqamətində baş verən, qarşıdurma ilə bağlıdır. Gürcüstanda yaşayan azərbaycanlılar əllərində həm Azərbaycan, həm də Gürcüstan bayraqlarını tutan iştirakçılar Azərbaycan dövlətinin yanında olduğunu və həmrəy olduqlarını bildirdilər.

Tbilisdə baş tutan aksiyada hərbi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib və ifa edilib. İştirakçılar Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayıblar. Onlar “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Biz səninləyik Azərbaycan” şüarları səsləndiriblər.

Aksiyada Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin rəhbəri Aygül İsayeva çıxış ediblər. Səfir aksiya təşkilatçıları və iştirakçılarına təşəkkür edib.

Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında təşkil edilən "Azərbaycan Milli Ordusu"- na dəstək adlı aksiyanın DGT- in sədri, TSU tələbəsi Orxan Bayramov tərəfindən təşkil olunmuşdu.

Aksiyanın sonunda Azərbaycanın sövlət himni səsləndirilib.

Qeyd edək ki, bu aksiya Azərbaycana dəstək məqsədi ilə Gürcüstanda son bir həftə ərzində keçirilən sayca üçüncü aksiyadır. Daha əvvəl Ermənistanın Tbilisidəki səfirliyinin qarşısında və “Qırmızı körpü” sərhəd keçid məntəqəsində də aksiya təşkil olunub.

Istifadə olunan şəkillər Nihat Məmmədova məxsusdur.

"Marneuli" Radiosu

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print