“Gürcü Arzusu”nun Marneuli və Qardabani majoritar dairəsindən deputatlığa namizədi Zaur Darğallı olacaq
“Gürcü Arzusu”nun Marneuli və Qardabani majoritar dairəsindən
deputatlığa namizədi Marneuli meri Zaur Darğallı olacaq.
“Gürcü Arzusu” bu gün, 20 iyul tarixində majoritar namizədlərini
təqdim edib.
Gürcüstan Parlamentinin keçmiş sədri İrakli Kobaxidze Marneuli və
Qardabani majoritar dairəsindən Zaur Darğallının namizədliyini elan
etdi.
“Zaur Darğallı xüsusi peşəkarlığı olan və fərdi
keyfiyyətlərə malik məmurdur. O, Marneulinin müvəffəqiyyət qazanmış
meridir. O, Parlamentdə Marneuli və Qardabaninin fəal nümayəndəsi
olacaq və Parlamentin fəaliyyətinə öz töhfəsini
verəcək”, – İrakli Kobaxidze dedi.
Məlumat üçün qeyd edək ki, bu gün partiyanın mərkəzi ofisində
siyasi şuranın iclası keçirilib. İclasda siyasi şura Gürcüstan
miqyasında majoritar namizədlərin siyahısını təsdiq edib.
Xatırladırıq ki, 2020-ci ildə Parlament seçkiləri 120/30 sistemi
ilə keçiriləcək ki, bu isə 30 majoritar, 120 isə proporsional
deputat olacağı deməkdir.