Hacıyevin sözlərinə görə, Marneuli və Hucabinin yepiskopu ilə qarşıdurma Zaur Darğallının qələbə çalmasına mane olmayacaq

“Zaur güclü namizəd, güclü adam, yaxşı namizəddir və hər şey yaxşı olacaq. Zaurun namizədliyi düzgün qərardır”,

– Marneulinin majoritar deputatı Ruslan Hacıyev Marneuli meri Zaur Darğallının 2020-ci ilin Parlament seçkilərində Marneuli və Qardabanidən majoritarlığa namizəd olaraq təqdim olunmasına münasibət bildirib.

Ruslan Hacıyev hesab edir ki, Marneuli və Hucabinin yepiskopu ilə qarşıdurma Zaur Darğallının qələbə çalmasına mane olmayacaq.
“Gürcü arzusu” bu gün, 20 iyul tarixində Marneuli və Qardabaninin majoritar namizədi olaraq Marneuli meri Zaur Darğallını təqdim edib.

Marneuli meri və Marneuli və Hucabinin yepiskopu Qiorqi (Camdeliani) arasında qarşıdurma Nəriman Nərimanovun Marneulidə yerləşən abidəsi ilə bağlıdır.

Marneuli və Hucabinin yepiskopu 24 mart tarixində bazar günü moizəsi zamanı Marneuli merini Nəriman Nərimanovun abidəsinin bərpasına görə qınayıb və abidənin sökülməsini tələb edib.

Zaur Darğallı Nərimanovun heykəli ilə bağlı hələ də münasibət bildirməyib.

17 iyul tarixində Nəriman Nərimanovun Mədəniyyət Evinin qarşısında yerləşən abidəsinin sökülməsi və yerində Xudu Borçalının və İkinci Ereklenin abidəsinin ucaldılması tələbi ilə aksiya keçirildi. Aksiyanın təşkilatçısı Marneuli və Hucabinin yepiskopu Qiorqi (Camdeliani) idi.

 

 

Print Email
FaceBook Twitter Google