Mənim məqsədim Parlament deputatlığı və merlik deyil, xalqa xidmətdir – Zaur Darğallı

Marneuli meri Zaur Darğallı “Gürcü Arzusu”nun Marneuli və Qardabani majoritar seçki dairəsindnən deputatlığa namizədi olacaq.


Darğallı “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onun namizədliyinin irəli sürüləcəyi ilə bağlı qısa zamandır ki, məlumatı var.

“Bu məsələ ilə bağlı partiya liderləri ilə müzakirələr aparılırdı və sonra bu barədə mənə bildirdilər. Mənim üçün ən mühümü əhali ilə, Marneuli ilə ünsiyyətdir. İndi Qardabani də əlavə olunur və bir il əvvəl Marneulidə qazandığımız qələbə kimi əminəm, yenə qələbə qazanacağıq”, – Zaur Darğallı bildirdi.

Marneuli meri və majoritarlığa namizəd dedi ki, seçki proseslərinə qoşulmaq üçün mer vəzifəsindən nə zaman istefa verəcəyi hələ məlum deyil.

“Mən parlamentin gələcək üzvü kimi hər şey edəcəyəm ki, Marneulilərin, eləcə də Qardabani sakinlərinin Parlamentdəki səsi olum. Parlamentin fəal üzvü olmaq üçün hər şey edəcəyəm ki, yerlərdə problemlər həll olunsun və yerli özünüidarə güclənsin”, –
Zaur Darğallı dedi.

Darğallı “Marneuli” radiosunun Marneulidə son aylarda baş vermiş hadisələrin seçkilərin nəticələrinə nə qədər təsir edəcəyi ilə bağlı suala cavab olaraq bildirdi ki, əhali tərəfindən ona və “Gürcü Arzusu” partiyasına tam dəstək var və o, qələbə çalacağına əmindir.

 

Print Email
FaceBook Twitter Google