Algeti polisinin müstəntiq-müfəttişi saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi Kvemo Kartli Prokurorluğu ilə birgə vəzifəsindən sui-istifadə etmə ittihamı ilə Algeti Polis Şöbəsinin ərazi müfəttişi-müstəntiqi və həmin şöbənin xəfiyyə köməkçisini saxlayıb.


Məlumatı Daxili İşlər Nazirliyi yayımlayıb.

Vəzifəsindən sui-istifadə etmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 332-ci maddəsi ilə istintaq aparılır.

 

Print