Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin
Əməliyyat şöbəsinin əməkdaşları, keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində Marneuli
bələdiyyəsinin Kəpənəkçi kəndində yaşayan 4 nəfəri: 1991-ci il
təvəllüdlü N.M., 1997-ci il təvəllüdlü İ.Q., 1988-ci il təvəllüdlü
F.N. və 1999-cu il təvəllüdlü A.H.-nı saxlayıb. Onlar əvvəlcədən
razılaşaraq qrup tərəfindən qanunsuz olaraq azadlıqdan məhrumetmədə
ittiham olunurlar.
Törədilmiş cinayətə görə 7 ildən 10 ilədək həbs cəzası nəzərdə
tutulur.
İstintaq müəyyən edib ki, cari ilin 15 iyul tarixində
təqsirləndirilən şəxslər Marneuli bələdiyyəsinin Keşəli kəndində
yaşayan 1996-cı il təvəllüdlü İ.M.-ni qisas zəminində qanunsuz
olaraq saxlayıblar. Daha dəqiq desək, ona güc tətbiq edib maşına
mindirərək Marneuli bələdiyyəsinin Kəpənəkçi kəndindəki
vətəndaşlardan birinin evinə aparmış, orada ona qarşı fiziki
təcavüz ediblər. Bundan sonra müttəhimlər I.M.-nı kəndin mərkəzi
meydanına apararaq orada da fiziki cəhətdən təcavüz ediblər.
Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin
"a" altbəndinə əsasən qrup tərəfindən əvvəlcədən razılaşma yolu ilə
qanunsuz azadlıqdan məhrumetmə ilə əlaqədar istintaq
başladılıb.
Xatırladaq ki, bir neçə gün əvvəl, iyulun 14-dən 15-ə keçən gecə
Kəpənəkçi kəndində zorakılıq hadisəsi baş vermişdi.
Kəpənəkçi kənd sakinləri tərəfindən Keşəli kənd sakininə qarşı
zorakılıq tətbiq olunmuşdu.
Hadisə ilə bağlı xəbəri oxumaq üçün linkə daxil olun.
https://www.marneulifm.ge/az/marneuli/article/32524--vli-adin-munasibete