Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Marneuli şəhərində,
Merab Kostava küçəsinin girişində Kostavanın heykəlinin
yerləşdirilməsi işlərinin alqı-satqısı üçün tender elan edib.
“Layihəyə əsasən Merab Kostavanın abidəsinin relyefi
4,30 m hündürlükdə monolit beton divara bərkidiləcək və ağ mərmər
daşlarla əhatə olunacaq. Divarın aşağı hissəsi 0,50 m bazalt
daşları ilə əhatə olunacaq. Relyefin altında (Merab Kostava) yazısı
latın yaxud nikel hərflərlə yazılacaq. Divarın arxa tərəfində Merab
Kostavanın əsərlərindən mətn yazılacaq”, – tender
sənədlərində qeyd olunub.
Marneuli meriyası Merab Kostavanın heykəlinin yerləşdirilməsi
işlərinin alqı-satqısı üçün 10 480 larilik tender elan edib.
Yerli özünüidarəetmə 20 iyul tarixində tender elan edib. Tenderdə
iştirak etmək istəyi olan şirkətlər 28 iyul tarixindən 31 iyula
qədər öz təkliflərini irəli sürə bilərlər.
Merab Kostava Gürcüstanın Milli-Azadlıq hərəkatının lideri olub və
Gürcüstanın milli qəhrəmanıdır.