Marneuli meriyası "Gənc ideyalar müsabiqəsi" elan edir

2020-ci ilin 21 iyul tarixindən Marneuli bələdiyyəsi “Gənc ideyalar müsabiqəsi” çərçivəsində layihə qəbulu elan edir.


Marneuli bələdiyyəsinin ərazisində qeydiyyatdan keçmiş gənclər təşkilatları, təşəbbüs qrupları və fəal gənclər layihə təqdim edə bilər.
Meriyanın yerləşdirdiyi məlumata əsasən təqdim olunan layihənin yaxud tədbirin ideyası qeyd olunan məqsədlərdən birinə aid olmalıdır:

1. Vətəndaşların məlumatlandırma səviyyəsinin artırılması və inteqrasiya;
2. Sağlam həyat tərzinin məşhurlaşdırılması;
3. Ətraf mühitin mühafizəsi;
4. Bərabər imkanlar və xüsusi ehtiyacı olan gənclərə dəstək;


Hər layihə maksimum 3000 lari maliyyələşdirilə bilər.

Layihə üçün ərizə forması təqdim olunan meyarlara uyğun olaraq tam məlumatdan ibarət olmalıdır:

• Aplikant haqqında məlumat;

– Təşkilatın/fiziki şəxsin adı;
– Ünvan;
– Telefon;
– Elektron poçt;

• Layihənin adı;
• Problemin müyyən edilməsi;
• Məqsəd;
• Tapşırıqlar;
• Həyata keçirmə yolları/tədbirlər (yeri qeyd olunmaqla)
• Layihənin həyata keçirilmə müddəti/qrafik (ən çoxu 4 ay);
• Layihənin həyata keçirilməsinə qoşulmuş şəxslər, onların mövqeyləri və təqdim olunan layihədə konkret öhdəliklər;
• Hesabat/qarşılıqlı maliyyələşdirmə;
• Davamlılıq/uzunmüddətli nəticələr;

Təqdim olunan layihələr gənclər sahəsinə çalışan yerli hökumət və qeyri-hökumət sektoru nümayəndələrindən ibarət olan xüsusi komissiya tərəfindən qiymətləndiriləcək.

Layihələri Marneuli meriyasının dəftərxanasına verməli yaxud Marneuli meriyasının rısmi el-poçt ünvanına, CLOAKING ə göndərməlisiniz.
Layihənin təqdim olunmasının sonuncu müddəti 2020-ci ilin 7 avqust tarixidir.
Əlavə suallar olan halda əlaqə saxlaya bilərsiniz:
Gənclər məsələsi üzrə Marneuli merinin köməkçisi – Adil Əliyev, Tel: 599 39 09 34;
Gənclərin işi istiqamətində mütəxəssis – Mariam Tkeşelaşvili, Tel:591 70 02 45;

Layihə üçün ərizə

1) Aplikant haqqında məlumat;
– Təşkilatın/fiziki şəxsin adı;
– Ünvan;
– Telefon;
– Elektron poçt;

2) Layihənin adı;
3) Problemin müyyən edilməsi;
4) Məqsəd;
5) Tapşırıqlar;
6) Həyata keçirmə yolları/tədbirlər (yeri qeyd olunmaqla)
7) Layihənin həyata keçirilmə müddəti/qrafik (ən çoxu 4 ay);
8) Layihənin həyata keçirilməsinə qoşulmuş şəxslər, onların mövqeyləri və təqdim olunan layihədə konkret öhdəliklər;
9) Hesabat/qarşılıqlı maliyyələşdirmə;
10) Davamlılıq/uzunmüddətli nəticələr;

 

Print Email
FaceBook Twitter Google