Xəbərlər
Bu il Marneulidə 7 şagird medal qazanıb
Marneuli bələdiyyəsində yeddi şagird 2019-2020-cu tədris ilini medal qazanaraq başa vurub.
Bu barədə “Marneuli” radiosuna Marneuli Resurs Mərkəzinin direktoru Kənan Ömərov məlumat verdi. Ömərovun sözlərinə görə, onlardan üçü qızıl, dördü isə gümüş medal qazanıb. Ancaq qızıl və gümüş medalçıların sayı dəyişə bilər. “Marneuli” radiosu 24 iyul tarixində medal qazanmış şagirdlərin siyahısını sizə təqdim edəcək.

Qeyd edək ki, ötən il Marneuli miqyasında 15 şagird məktəbi medalla bitirmişdi.

İstifadə olunan şəkil: Marneuli meriyası
FaceBook Twitter Google