Şulaveridə iki yük maşını toqquşub
12:43 / 24.07.2020
Marneulinin Şulaveri kəndində iki yük maşını toqquşub.
Qəza nəticəsində heç kim xəsarət almayıb. Odun yüklənmiş maşınlardan biri aşıb.
Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, faktla bağlı inzibati araşdırma aparılır.
"Marneuli" Radiosu