Bu il Marneulidə 9 nəfər şagird medal almağa namizəddir – Resurs Mərkəzin rəhbəri

Marneuli bələdiyyəsində 2019-2020-ci tədris ilində medal qazanmaq üçün 9 nəfər namizəd var.


Bu barədə Tədris Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov “Marneuli” radiosuna məlumat verdi. Ömərovun məlumatına görə, onlardan dördü qızıl, beşi isə gümüş medalçıdır. Onun bildirdiyinə görə, yaxın gələcəkdə məktəblərdə şəxsi işlərin və jurnalların verilməsinə başlayacaqlar. Nəticədə medalçıların kimliyi dəqiq bilinəcək.

Qeyd edək ki, ötən il Marneuli miqyasında 15 şagird məktəbi medalla bitirib.

Marneuli merinin təşəbbüsü ilə onlar üçün 2019-cu ilin 18 iyun tarixində kitabxana ərazisində mükafatlandırma mərasimi keçirilib.

Qızıl medala namizəd olan X, XI və XII sinif şagirdlərinin illik qiymətləri bütün fənlərdən 10, gümüş medala namizədlərin isə 9,9 yaxud 9,8 olmalıdır.

"Marneuli" Radiosu

 

Print