“Həmin adamlara suallarımız var, onları yeməyəcəyik ki”, – deputat “Marneuli Kənd Suları”na (“Soptskali”) mülkiyyətin verilməsi barədə
14:11 / 27.07.2020
Bu gün, 27 iyul tarixində Marneuli Bələdiyyə Məclisinin iclası
baş tutdu. İclasa müzakirə üçün üç məsələ çıxarılmışdı.
Bələdiyyə Məclisi hər üç məsələ ilə bağlı müsbət qərar qəbul edib.
Ancaq “Marneuli Kənd Suları”na Baydarda həyata keçirilən içməli su
layihəsinin təmənnasız verilməsi və Marneuli şəhərində Sayat Nova
küçəsi 8-də sərhədlərin təsdiqlənməsi ilə bağlı müəyyən suallar
ünvanlandı.
Tsereteli kənd ərazi vahidliyinin majoritar deputatı Roman
Tabatadze içməli su şəbəkəsinin təmənnasız “Marneuli Kənd Suları”
MMC-yə veirlməsinə münasibət bildirdi. O, şirkət nümayəndələrinin
Bələdiyyə Məclisinin iclasında iştirak etməməsinə görə narazılıq
etdi.
“Heç olmazsa “Kənd Suları”-nın nümayəndəsi bu gün Bələdiyyə
Məclisinin iclasında iştirak etməli idi. Çünki hər iclasda hansısa
dəyərdə mülkiyyəti onlara veririk. Bu qədər dəyərli mülkiyyət
veririk və qarşılığında bizə nə verirlər, başa düşmürəm. Məsələn,
Tseretelidə yaxşı su yoxdur, içmək üçün yararsızdır. Bəzi küçələrə
su, bəzisində təzyiq yoxdur. Bu adamlara suallarımız var və
yeməyəcəkdik ki, gəlib cavab verərdilər”, – “Gürcü
Arzusunun” üzvü Roman Tabatadze bildirdi.
Tabatadzenin sözlərinə Marneuli Bələdiyyə Məclisinin sədri Amiran
Qiorqadze və Bələdiyyə Aparatının rəhbəri Nino Beridze münasibət
bildirdi. Qiorqadzenin sözlərinə görə, “Mrneuli Kənd Suları” ilə
Bələdiyyə Məclisi yaxın gələcəkdə görüş keçirəcək və bütün suallar
cavablandırılacaq.
“Marneuli Kənd Suları”nın direktoru Nəbi Abdullayev “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, bugünkü iclas barədə
məlumatı yox idi. Əgər kimsə dəvət edərdisə, “Marneuli Kənd
Suları”nın nümayəndələri mütləq görüşə gedərdilər.
Marneuli Bələdiyyə Məclisinin sədr müavini Mamuka Naveriani
Marneulidə Sayat Nova küçəsi 8 ünvanında bina sərhədinin
təsdiqlənməsi məsələsinə qarşı idi. Naverianinin açıqlamasına görə,
Sayat Nova küçəsi 8 ünvanındakı binanın qonşu korpusunda yaşayan
sakinlərin bələdiyyə tərəfindən sərhədlərinin təsdiqlənməsi barədə
yazılı razılığı olmadan məsələni dəstəkləməyəcək. Naverianiyə
bununla bağlı cavab veriblər ki, qanunverciliyə uyğun olaraq
sərhədlərin müəyyənləşdirilməsi prosesində qonşu korpusun
sakinlərinin razılığı lazım deyil.