Sadaxlı kəndində insident baş verib (VİDEO)
26 iyul tarixində Marneuli rayonunun Sadaxlı kəndində insident baş verib. Hadisəyə səbəb Şaumyanidən olan gəncin Sadaxlı ərazi vahidliyinə daxil olan Təzəkənd sakininə qarşı qeyri-etik hərəkəti olub. Buna görə də kəndin mərkəzində gənclər arasında fiziki qarşıdurma baş verib.
Sadaxlı sakinlərinin sözlərinə görə, Şaumyanidən olan gəncin atası Sadaxlı polis bölməsində işləyir və dövlət məmurunun övladının bu cür hərəkət etməsi isə yolverilməzdir. Kənd sakinlərinin tələbi odur ki, həmin polis işçisi Sadaxlıda işləməsin.



Marneuli Bələdiyyə Məclisinin deputatı Rövşən İsgəndərov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ötən gün baş vermiş hadisədə milli məsələ olmayıb. Burada qeyri-etik hadisəyə görə insident baş verib.



Rövşən İsgəndərov onu da əlavə etdi ki, hal-hazırda həmin polis əməkdaşı Sadaxlı polis bölməsindən uzaqlaşdırılıb.



Print Email
FaceBook Twitter Google