26 iyul tarixində Marneuli rayonunun Sadaxlı kəndində insident baş
verib. Hadisəyə səbəb Şaumyanidən olan gəncin Sadaxlı ərazi
vahidliyinə daxil olan Təzəkənd sakininə qarşı qeyri-etik hərəkəti
olub.
Buna görə də kəndin mərkəzində gənclər arasında fiziki qarşıdurma
baş verib.
Sadaxlı sakinlərinin sözlərinə görə, Şaumyanidən olan gəncin atası
Sadaxlı polis bölməsində işləyir və dövlət məmurunun övladının bu
cür hərəkət etməsi isə yolverilməzdir. Kənd sakinlərinin tələbi
odur ki, həmin polis işçisi Sadaxlıda işləməsin.
Marneuli Bələdiyyə Məclisinin deputatı Rövşən İsgəndərov “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, ötən gün baş vermiş
hadisədə milli məsələ olmayıb. Burada qeyri-etik hadisəyə görə
insident baş verib.