“İslam və Feminizmə görə qadın haqları” mövzusu ilə bağlı onlayn seminar keçirildi
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Gürcüstan Müsəlman Qadınlar İcmasının təşkilatçılığı ilə İslam və Feminizmə görə qadınların haqları-hüquqları mövzusunda onlayn seminar keçirilib.

Seminarın təşkilatçılarından Esmira Nəsibova “Marneuli” radiosu ilə söhbəti zamanı bilidirdi ki, qadınların iştirakı ilə 2 saat ərzində davam edən seminarda İslamda qadın azadlığı və qadın hüquqları mövzusuna toxunulub. O, bildirdi ki, seminar iştirakçılarına Gürcüstan, Azərbaycan, İran və Türkiyədən qatılan qadınlar tərəfindən İslamda qadının dəyəri mövzusu ilə də bağlı açıq müzakirələr aparılıb və qadınlara bu mövzuda əlavə məlumatlar verilib.

Nəsibova onu da qeyd etdi ki, gələcəkdə Feminizm və İslama görə xoşbəxt ailənin necə olması mövzusunda da onlayn seminarlar təşkil olunacaq. O, bu mövzuların əhəmiyyətli və aktual olduğunu və seminarın da bu məqsədlə keçirildiyini bildirdi.
Print Email
FaceBook Twitter Google