Bütün Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən
Gürcüstan Müsəlman Qadınlar İcmasının təşkilatçılığı ilə İslam və
Feminizmə görə qadınların haqları-hüquqları mövzusunda onlayn
seminar keçirilib.
Seminarın təşkilatçılarından Esmira Nəsibova “Marneuli” radiosu ilə
söhbəti zamanı bilidirdi ki, qadınların iştirakı ilə 2 saat ərzində
davam edən seminarda İslamda qadın azadlığı və qadın hüquqları
mövzusuna toxunulub. O, bildirdi ki, seminar iştirakçılarına
Gürcüstan, Azərbaycan, İran və Türkiyədən qatılan qadınlar
tərəfindən İslamda qadının dəyəri mövzusu ilə də bağlı açıq
müzakirələr aparılıb və qadınlara bu mövzuda əlavə məlumatlar
verilib.
Nəsibova onu da qeyd etdi ki, gələcəkdə Feminizm və İslama görə
xoşbəxt ailənin necə olması mövzusunda da onlayn seminarlar təşkil
olunacaq. O, bu mövzuların əhəmiyyətli və aktual olduğunu və
seminarın da bu məqsədlə keçirildiyini bildirdi.