"Fəallıq çox aşağıdır"- Zaur Kərəmov uşaq bağaçalarına qeydiyyat barədə

İki həftədir ki, Marneulinin uşaq bağçalarında uşaqların qeydiyyatının ilk mərhələsinə başlanılıb.


Ancaq Uşaq Bağçaları Birliyinin direktoru Zaur Kərəmovun sözlərinə görə, fəallıq aşağı səviyyədədir. İndiki mərhələdə yalnız Marneulinin uşaq bağçaları dolub, kəndlərdə isə qeydiyyat yavaş templə gedir.

“İstəyi olanlar çox azdır. Gözlədiyimizdən azdır, amma düşünürəm bu qeydiyyatla bağlı məlumatın gec verilməsi ilə bağlıdır. Mənim fikrimcə istəyi olanlar ikinci mərhələdə çox olacaq. Şəhərdə təxminən 300 uşaq qeydiyyatdan keçib. Kəndlərdə fərdidir, bəzi kənddə yalnız iki uşaq qeydiyyatdan keçib. Hələ yerlər tam dolmayıb. Qeydiyyatın ikinci mərhələsi 24 avqustdan başlayacaq”,– Zaur Kərəmov bildirdi.

Marneulinin uşaq bağçalarında qeydiyyat prosesi Marneulidə mövcud olan çətin epidemioloji vəziyyətə görə dayandırılmışdı. Məktəbəqər müəssisələrə uşaq qəbulu üçün valideyn uşağını aparmaq istədiyi uşaq bağçasına və məktəbəqədər hazırlıq mərkəzinə müraciət etməlidir. Valideyn Marneuli şəhərinin 3 saylı, 4 saylı və 1 saylı uşaq bağçasına qeydiyyat məqsədi ilə 21 iyul tarixindən başlayaraq Marneuli Uşaq Bağçaları Birliyinə müraciət edə bilər. Qeydiyyat saat 9:00-dan 17:00-a kimi davam edəcək.

Marneulinin uşaq bağçalarında qeydiyyatdan keçmək üçün hansı sənədləri təqdim etmək lazımdır:

1. Uşağın notariusda təsdiqlənmiş doğum şəhadətnaməsinin surəti;
2. Uşağın sağlamlığı haqqında arayış (tibbi forma #IV-100);
3. Uşağın 4 ədəd fotoşəkili;
4. Valideynlərin şəxsiyyət vəsiqəsinin surəti.
5. Sosial müdafiəsiz ailələrin vahid məlumat bazasından arayış (belə hal mövcud olarsa);
6. Məcburi köçkün şəxslər haqqında sənədin surəti (belə hal mövcud olarsa);
7. Fiziki imkanları məhdudiyyətli olan şəxsin statusunu təsdiqləyən sənəd (belə hal mövcud olarsa).


 

Print Email
FaceBook Twitter Google