"Gürcü Arzusu"dan Marneuli və Hucabinin yepiskopunun bəyanatı ilə bağlı şərh vermirlər

“Gürcü Arzusu” artıq iki gündür ki, Marneuli və Hucabinin yepiskopu Qiorqinin (Camdeliani) bəyanatı ilə bağlı şərh vermir.



Marneuli və Hucabinin yepiskopu 26 iyul tarixində həftə ayini zamanı “Gürcü Arzsu”nun Marneuli və Qardabanidən majoritar namizəd olaraq Zaur Darğallını təqdim etməsi ilə bağlı bəyanat verib. O, “Gürcü Arzusundan” Zaur Darğallını namizədlikdən çıxarmalarını tələb edib. Onu dəstəkləyənləri isə vicdan xəyanətkarları adlandırıb.

“Zaur Darğallıya dəstək olan, saxta, yaxud birbaşa yolla ona daha çox hüquq verilməsində iştirak edəcək bütün şəxslər allahın qarşısında onun törətdiyi cinayətə görə məsuliyyət daşıyırlar. Mən belə şəxsləri allaha həvalə edirəm, onlar allahın və əcdadlarımızın ruhu qarşısında cavab verəcəklər. Mən yeparxiya kimi, yeparxiya rəhbəri olaraq onlara cavabdeh deyiləm. Bu bizim milli dəyərimizi Marneulidə təhqir edən, pravoslav kilsəsini təhqir edən məsuliyyətsiz hakimiyyətə mənim cavabımdır” , – Marneuli və Hucabinin yepiskopu Qiorqi həftəlik ayində bildirib.

“Gürcü Arzusunun” Mərkəzi ofisinin mətbuat xidmətindən “Marneuli” radiosuna bildiriblər ki, qeyd olunan məsələ ilə bağlı şərh vermirlər.

“Marneuli” radiosu artıq iki gündür ki, Marneuli meri Zaur Darğallı, Parlamentin majoritar deputatları Ruslan Hacıyev və Tamaz Naveriani, Marneuli Bələdiyyə Məclisinin sədri və onun müavinləri ilə əlaqə saxlamağa cəhd edir. Biz onların yepiskop Qiorqinin bəyanatına münasibətləri ilə maraqlanırıq, ancaq onlar bizim zəng və mesajlarımıza cavab vermirlər.

Qeyd edək ki, “Gürcü Arzusu” 20 iyul tarixində Marneulinin meri Zaur Darğallını Marneuli və Qardabanidən majoritar namizəd olaraq təqdim edib. Marneulinin majoritar deputatları və Marneuli Bələdiyyə Məclisinin sədri ona dəstək olduqlarını bildiriblər.

 

Print Email
FaceBook Twitter Google