Meriya təbii fəlakətdən zərərçəkmiş əhaliyə hələ də köməklik göstərməyib
16 iyul tarixində Yağlıcadan gələn selin Vaja Pşavela və Ağmaşenebeli küçəsində onlarla ailəyə zərər vurmasından iki həftə ötür.

Bizə yerli özünüidarənin zərərçəkmiş ailələrə hansı formada köməklik göstərəcəyi hələ məlum deyil.

“Əlbəttə kömək etməliyik və edəcəyik. Bəli, danışdıq və yaxın gələcəkdə köməklik göstərəcəyik. Artıq işlər aparılır. İşin özünün proseduraları var. Çünki bu büdcə vəsaitidir və müvafiq olaraq öz prosedurası var ki, necə yazılmalıdır, necə olmaldır”, – Zaur Tabatadze dedi.

Marneulidə 16 iyul tarixində Vaja Pşavela və Ağmaşenebeli küçələri su altında qalmışdı. Təbii fəlakət Yağlıcadan gələn sel nəticəsində baş vermişdi. Su əhalinin yaşadığı evlərə dolmuşdu. Təbii fəlakət nəticəsində evlərin birinci mərtəbəsi su altında qalmışdı. Təsərrüfat sahələrində məhsul məhv olub və əhalinin bir qisminin ev quşları ölmüşdü.

Həmin dövr ərzində zərərçəkmiş əhali yardım tələbi ilə dəfələrlə Marneuli meriyası ərazisinə toplaşıb.

Zaur Tabatadzenin verdiyi açıqlamaya görə, 16 iyul tarixində bələdiyyədə zərəri hesablayacaq komissiya yaradılıb, məhz onlar Marneulidə təbii fəlakətdən zərər çəkmiş əhaliyə yardım məsələsi ilə bağlı qərar qəbul edəcək.

Yerli özünüidarə Fövqəladə Halların İdarəolunması Xidməti ilə birgə ilk mərhələdə su altında qalmış ərazilərdə təmizləmə işləri aparıb.


Print Email
FaceBook Twitter Google