16 iyul tarixində Yağlıcadan gələn selin Vaja Pşavela və
Ağmaşenebeli küçəsində onlarla ailəyə zərər vurmasından iki həftə
ötür.
Bizə yerli özünüidarənin zərərçəkmiş ailələrə hansı formada
köməklik göstərəcəyi hələ məlum deyil.
“Əlbəttə kömək etməliyik və edəcəyik. Bəli, danışdıq və
yaxın gələcəkdə köməklik göstərəcəyik. Artıq işlər aparılır. İşin
özünün proseduraları var. Çünki bu büdcə vəsaitidir və müvafiq
olaraq öz prosedurası var ki, necə yazılmalıdır, necə
olmaldır”, – Zaur Tabatadze dedi.
Marneulidə 16 iyul tarixində Vaja Pşavela və Ağmaşenebeli küçələri
su altında qalmışdı. Təbii fəlakət Yağlıcadan gələn sel nəticəsində
baş vermişdi. Su əhalinin yaşadığı evlərə dolmuşdu. Təbii fəlakət
nəticəsində evlərin birinci mərtəbəsi su altında qalmışdı.
Təsərrüfat sahələrində məhsul məhv olub və əhalinin bir qisminin ev
quşları ölmüşdü.
Həmin dövr ərzində zərərçəkmiş əhali yardım tələbi ilə dəfələrlə
Marneuli meriyası ərazisinə toplaşıb.
Zaur Tabatadzenin verdiyi açıqlamaya görə, 16 iyul tarixində
bələdiyyədə zərəri hesablayacaq komissiya yaradılıb, məhz onlar
Marneulidə təbii fəlakətdən zərər çəkmiş əhaliyə yardım məsələsi
ilə bağlı qərar qəbul edəcək.
Yerli özünüidarə Fövqəladə Halların İdarəolunması Xidməti ilə birgə
ilk mərhələdə su altında qalmış ərazilərdə təmizləmə işləri
aparıb.