“Təhsil istiqamətində hələ görüləcək çox işlər var”, – 2015-2020-ci illərin Bərabərlik və İnteqrasiya ilə bağlı fəaliyyət planının qiymətləndirilməsi

Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri aparatı 2021-2023-cü illərin vətəndaş bərabərliyi və inteqrasiya ilə bağlı dövlət strategiyası sənədinin tərtib olunması üzərində işləyir.



Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri aparatının vətəndaş bərabərliyi departamentinin rəhbəri Tina Ğoğeliani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, vətəndaş bərabərliyi və inteqrasiya ilə bağlı dövlət strategiyası və 2015-2020-ci illərin fəaliyyət planı dövlətin vətəndaş siyasətinin vacib alətlərindən biridir. Ğoğelianinin sözlərinə görə 2015-2020-ci illərin fəaliyyət planının dörd əsas məqsədi var idi.

“Bu məqsədlər etnik azlıqların mülki və siyasi həyata daha çox qoşulması, keyfiyyətli təhsilin əlçatanlılığının təmin olunması, eləcə də dövlət dilinin öyrənilməsinin təkmilləşdirilməsi, bərabər sosial-iqtisadi şəraitin və imkanların həyata keçirilməsi və etnik azlıqların mədəniyyətinə dəstək və populyarlaşdırılması idi. Bütün bu strateji məqsədlər çərçivəsində bir çox vacib proqram, layihə və tədbir keçirilib. Biz müsbət nəticələr də əldə etdik”, – Tina Ğoğeliani bildirdi.

Vətəndaş bərabərliyi departamentinin rəhbərinin sözlərinə görə, yuxarıda qeyd olunan məqsədlərə nail olmaq üçün Kvemo Kartli və Kaxeti regionlarının bölgə rəhbərliyində məsləhətləşmə şuraları yaradılıb və etnik azlıq nümayəndələrinin siyasi həyatda iştirakını artıracaq. Onun sözlərinə görə, etnik azlıq nümayəndəsi olan tələbələr üçün dövlət orqanları və yerli özünüidarədə təcrübə proqramı qəbul etmək vacib idi. Proqram 2017-ci ildən bu günə qədər 300 nəfərdən artıq tələbəni qəbul edib.

Tina Ğoğolianinin sözlərinə görə, 2015-2020-ci illərin fəaliyyət planına əsasən təhsil istiqaməti də qismən təkmilləşdirilib, ancaq gələcəkdə bu istiqamətdə daha çox fəaliyyətin həyata keçirilməsi planlaşdırılıb.

“Təhsil istiqamətində daha çox iş görülməlidir ki, etnik azlıq nümayəndələrinə keyfiyyətli təhsil təklif edilsin. Təhsil Nazirliyi tərəfindən bu sahəyə gələn illərdə daha çox diqqət ayrılacaq”, –
Tina Ğoğoliani bildirdi.

Ğoğoliani “Marneuli” radiosu ilə söhbəti zamanı Marneulidə son aylarda əsasən Nəriman Nərimanovun abidəsi ətrafında cərəyan edən hadisələrlə bağlı da danışdı və bildirdi ki, ictimaiyyətdə səs-küyə səbəb olan bütün mübahisəli məsələlərlə bağlı ictimai müzakirə aparılmalıdır ki, vətəndaşlar qərarı konsensus əsasında qəbul etsinlər.

 

Print Email
FaceBook Twitter Google