Marneulidə 15 yaşlı qızı zorlayıblar - üç nəfər saxlanılıb

Marneulidə 15 yaşlı qızı qaçırıb və zorlayıblar. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.


Qurumun məlumatına görə, DİN-nin Kvemo Kartli polis departamentinin rayon idarəsinin əməkdaşlarının həyata keçirdikləri operativ əməliyyat nəticəsində Marneuli bələdiyyəsində 3 nəfər saxlanılıb. Hakimin hökmü əsasında saxlanılan 1995-ci il təvəllüdlü A.O. həddi-buluğa çatmamış şəxsin qrup tərəfindən qanunsuz azadlıqdan məhrum edilməsi və zorlamada ittiham olunur. 1998-ci il təvəllüdlü A.O. və 1988-ci il təvəllüdlü A.Q. isə həddi-buluğa çatmamış şəxsin qanunsuz azadlıqdan məhrum edilməsində ittiham olunur.

Törədilmiş cinayətə görə 7 ildən 20 ilə qədər yaxud ömürlük həbs cəzasını nəzərdə tutulur.

"İstintaq nəticəsində aydın olub ki, müttəhimlər Marneulinin kəndlərindən birində yaşayan 2005-ci il təvəllüdlü P.A-nı evlənmək məqsədi ilə qaçıraraq, əvvəlcədən razılşaraq qanunsuz şəkildə azadlıqdan məhrum ediblər və yaxınlarının evinə aparıblar və A.O həddi-buluğa çatmamış qızı zorlayıb. Polislər aparılan əməliyyat nəticəsində üç nəfər müttəhimi istintaq başlayan günün səhəri həbs ediblər",
– DİN yazır.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin “a” və “d” bəndləri və eləcə də 137-ci maddənin 4-cü hissəsinin “q” bəndi ilə istintaq aparılır. Həmin maddələr əvvəlcədən razılaşaraq qrup tərəfindən törədilmiş, cinayətkarın şəxsin həddi buluğa çatmamış yaşda olmasını əvvəlcədən bilərək onu qanunsuz şəkildə azadlıqdan məhrum etməsini və azyaşlı olduğunu bilərək zorlamanı nəzərdə tutur.


 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər