İmirdəki “Kəsik təpə”-nin üstü bu il örtülməyəcək

Marneulidə İmirin “Kəsik təpə”-sinin üstü 2020-ci ildə örtülməyəcək. Marneulinin maliyyə-büdcə xidmətinin rəhbəri Vüqar Məmmədov Marneuli bələdiyyəsinin 2020-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı bildirdi ki, 2020-ci ilin büdcəsində İmirdəki “Kəsik təpə”-nin üstünün örtülməsi işləri üçün 750 000 lari nəzərdə tutulmuşdu.



Bu gün, 30 iyul tarixində Vüqar Məmmədov “Marneuli” radiosuna bildirdi ki, büdcə tərtib olunan zaman “Kəsik təpə”-nin infrastruktur işlərinin smeta sənədləri hələ meriyaya təqdim olunmamışdı.

“Biz büdcədə bu işlər üçün 750 000 lari nəzərdə tutduq. Bununla yanaşı biz smeta sənədləri üçün tender elan etmişdik. Smeta sənədlərinin dəyəri 3 milyondan artıq pul təşkil edir. Bizim yerli büdcədə o qədər resursumuz yoxdur ki, bu il işləri həyata keçirək”, – Vüqar Məmmədov bildirdi.

Marneuli meriyasının maliyyə-büdcə xidmətinin rəhbərinin bildirdiyinə görə, yerli özünüidarə bu il İmirdəki “Kəsik təpə”-nin hasarlanması işləri həyata keçirilməsinə qərar verib, obyektə yad şəxslər daxil olmasın və arxeoloji abidəyə zərər vurmasınlar.

Meriya 2020-ci ilin 29 iyul tarixində İmirdəki “Kəsik təpə”-nin hasarlanması işləri ilə bağlı tender elan edib. Hasarlanma işlərinin həyata keçirilməsi üçün yerli özünüidarə 1 660 lari xərcləməyi planlaşdırır.

Vüqar Məmmədovun bildirdiyinə görə, meriyada artıq İmirdəki “Kəsik təpə”-nin üstünün örtülməsi işləri üçün 3 milyon lari haradan ayrıla biləcəyi ilə bağlı müzakirə aparılır. Onun sözlərinə görə, Gürcüstan Mədəniyyət Nazirliyi də məsələ barədə məlumatlıdır.

Qeyd edək ki, Marneuli meriyası “Kəsik təpə” arxeoloji kompleksinin infrastruktur işləri üçün smeta sənədlərinin tərtib edilməsi üçün 2019-cu ilin 4 iyun tarixində tender elan etmişdi. Tenderdə yalnız bir şikrət – “Atelye arxitekt” MMC iştirak etmişdi. Meriya şirkətə 119 770 lari ödəmişdi.

 

Print Email
FaceBook Twitter Google