Xəbərlər
Hüquq müdafiəçisi qızların qaçırılması və erkən yaşda evlənməsi faktları ilə bağlı məsuliyyəti dövlət orqanlarının üzərinə qoyur
Marneulidə 15 yaşlı qızı qaçırıb və zorlayıblar. Bu barədə məlumatı 29 iyul tarixində Daxili İşlər Nazirliyi yayıb. Qızın qaçırılması və zorlanması ittihamı ilə üç nəfər saxlanılıb. 30 iyul tarixində isə daha bir qız qaçırma halı qeydə alınıb. 23 yaşlı qızı ailə qurmaq məqsədi ilə qaçırıblar. Faktla bağlı DİN üç nəfəri saxlayıb.

Marneulili hüquq müdafiəçisi Samirə Bayramova Marneulidə qızların qaçırılması halının çoxalmasına və erkən yaşda evlənmə hallarına münasibət bildirdi. Bayramovanın sözlərinə görə, qızların qaçırılması ilə bağlı əsas problem hüquq müdafiə orqanlarının fəaliyyətsizliyidir.

“Hüquq baxımından çox zəifdirlər. Gürcüstanda prosessual razılaşmalar var ki, zorakılıq törədənə daha çox hüquq verir. O, cinayəti etiraf edərsə, girov ödədikdən sonra onu azadlığa buraxa bilərlər. Bu zaman bizim zərərçəkən adamlar üçün resursumuz yoxdur. Həmin uşaqlar üçün heç bir xidmətimiz yoxdur ki, elementar olaraq hüquqi yardım alsın. Qaçırıldıqdan sonra onlara məktəbdə təhlükəsiz mühit yaratmaq və ictimaiyyətin başqa üzvləri tərəfindən psixoloji zorakılıq qurbanı olmaması üçün xidmətlərimiz yoxdur”, – Samirə Bayramova dedi.

Hüquq müdafiəçisinin sözlərinə görə, dövlətin fəaliyyətsizliyi qızların qaçırılması hallarının yavaş-yavaş artmasına səbəb olur.
Bayramova erkən yaşda evliliklə bağlı məsuliyyəti yerli özünüidarənin üzərinə qoyur. Çünki bələdiyyədə müvafiq sosial, yaxud mədəni infrastruktur yaradılmayıb.

“Biz illərdir deyirik, bu çox böyük problemdir, valideynlərlə, uşaqlarla və ictimaiyyətlə çalışırıq ki, erkən yaşda evliliyin uşağa nə dərəcədə pis təsir göstərdiyini onlara göstərək. İllərin təcrübəsi göstərdi ki, insanın öz şəraiti, mühiti yaxşı vəziyyətdə olmayana qədər bu problem qalacaq. Məhz buna görə illərdir yerli özünüidarədən tələb edirik ki, insanların sosial şəraitini qaydasına salsınlar. Bütün resurslar əlçatan olmalıdır. Nəqliyyat, məktəb, qeyri-formal təhsil üçün yer, toplantı üçün məkan, onların sosiallaşması üçün elementar parklar və mədəniyyət evləri olmalıdır”, – Samirə Bayramova bildirdi.

Hüquq müdafiəçisinin sözlərinə görə, kəndlərdə insanların sosiallaşması və mədəni inkişaf üçün xidmətlər yaradılmayıb. Yeniyetmə yaşında isə gənclər əyləncə və xoşbəxtlik üçün yeganə imkanı evlilikdə görür və məhz buna görə də Marneulidə erkən evlilik hallarının sayının artdığını deyir.

FaceBook Twitter Google
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla