Marneulidəki fəvvarənin saatı demək olar ki, bir ildir eyni vaxtı göstərir
13:50 / 31.07.2020
Marneulinin 26 may küçəsində fəvvarədə olan saat demək olar ki,
bir ildir düzgün vaxt göstərməyib.
Fəvvarə də aylar ərzində fəaliyyətsiz qalıb. Marneuli meriyası
xarab olmuş su nasosunu artıq təmir edib. Meriyadan bildirdilər ki,
dekorativ saatın işləməsi bu mərhələdə mümkün olmayacaq. Saatın
xarab olmuş mühərriki çətin təmir olunur və yeni saatın alınmasını
da istisna etmirlər.
“Saatın bərpası üçün hissələr alına bilər. Bunun üçün nə qədər
vəsait lazım olduğunu araşdıracaqlar. Deyilənə görə, çətin
mexanizmdir, pandemiyaya görə proses dayandırılmışdı. Yəqin ki,
bərpa olunub-olunmayacağı barədə yaxın günlərdə məlum
olacaq”, – Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin
rəhbəri Mariam Xaçidze bildirdi.
Yerli özünüidarədən “Marneuli” radiosuna bildirdilər ki, saatın
təmiri, yaxud alınması üçün xərclənəcək pulun miqdarı bir həftəyə
məlum olacaq.