Marneulidəki fəvvarənin saatı demək olar ki, bir ildir eyni vaxtı göstərir

Marneulinin 26 may küçəsində fəvvarədə olan saat demək olar ki, bir ildir düzgün vaxt göstərməyib.


Fəvvarə də aylar ərzində fəaliyyətsiz qalıb. Marneuli meriyası xarab olmuş su nasosunu artıq təmir edib. Meriyadan bildirdilər ki, dekorativ saatın işləməsi bu mərhələdə mümkün olmayacaq. Saatın xarab olmuş mühərriki çətin təmir olunur və yeni saatın alınmasını da istisna etmirlər.

“Saatın bərpası üçün hissələr alına bilər. Bunun üçün nə qədər vəsait lazım olduğunu araşdıracaqlar. Deyilənə görə, çətin mexanizmdir, pandemiyaya görə proses dayandırılmışdı. Yəqin ki, bərpa olunub-olunmayacağı barədə yaxın günlərdə məlum olacaq”,
– Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mariam Xaçidze bildirdi.

Yerli özünüidarədən “Marneuli” radiosuna bildirdilər ki, saatın təmiri, yaxud alınması üçün xərclənəcək pulun miqdarı bir həftəyə məlum olacaq.


"Marneuli" Radiosu

 

Print