Bu gün, 31 iyul tarixində Kürtlər kəndində Qurban Bayramı
münasibəti ilə sakinlərə qurban payı paylanılıb.
Kürtlər kəndində bir neçə gənc sübh namazından sonra qurban kəsərək
kənddə ehtiyac sahibi olan insanlara paylayıblar. Qurbanlıq
heyvanın alınması üçün Türkiyədə olan bir neçə kənd sakini də
vəsait göndərib.
Hicri-qəməri təqvimə əsaslanan müqəddəs Qurban bayramı bu il 31
iyul tarixindən başlayaraq 2 Avqusta qədər 3 gün qeyd ediləcək.
Bu xəbərlə bağlı həmçinin oxuya bilərsiniz -
https://bit.ly/2Xf8rvJ