Marneuli meriyası Qurban bayramı üçün 300 kiloqram ət alıb.
Yerli özünüidarə əti sadələşdirilmiş alqı-satqı ilə 3500 lariyə
alıb. Ehtiyacı olan ailələr üçün ətin alınması tələbi ilə Marneuli
şəhərində merin nümayəndəsi Elçin Cəfərli Zaur Darğallıya məktubla
müraciət edib.
Marneuli meriyası 300 kiloqram mal ətini fərdi istehsalçı Cəmil
Xasmməmmədlidən alıb. Bələdiyyə 100 ehtiyacı olan ailəyə yardım
göstərəcək və hər ailəyə 3 kq ət veriləcək.