Meriya Qurban bayramı üçün 300 kiloqram ət alıb

Marneuli meriyası Qurban bayramı üçün 300 kiloqram ət alıb.


Yerli özünüidarə əti sadələşdirilmiş alqı-satqı ilə 3500 lariyə alıb. Ehtiyacı olan ailələr üçün ətin alınması tələbi ilə Marneuli şəhərində merin nümayəndəsi Elçin Cəfərli Zaur Darğallıya məktubla müraciət edib.

Marneuli meriyası 300 kiloqram mal ətini fərdi istehsalçı Cəmil Xasmməmmədlidən alıb. Bələdiyyə 100 ehtiyacı olan ailəyə yardım göstərəcək və hər ailəyə 3 kq ət veriləcək.

"Marneuli" Radiosu

 

Print